Elxan Məmmədov AVRO-2020 ilə bağlı quraşdırılacaq fan-zonalardakı qiymətlərdən danışdı

Elxan Məmmədov AVRO-2020 ilə bağlı quraşdırılacaq fan-zonalardakı qiymətlərdən danışdı

Bu gün AFFA ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında AVRO-2020 ilə bağlı Əməkdaşlıq haqqında Memorandum imzalanıb. 

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, KOBİA-nın icraçı direktoru Orxan Məmmədov əməkdaşlığa görə sevindiklərini bildirib:

"Kiçik və orta biznes subyektləri açılacaq fan-zonalarda ictimai-iaşə müəssisələrini UEFA standartlarına uyğun qura və məhsullarını təqdim edə bilərlər. Qrup mərhələsinin oyunları 13-21 iyunda keçiriləcək. Ümid edirəm ki, fan-zonalar daha tez açılacaq. Eyni zamanda, Bakı Olimpiya Stadionu ətrafında da belə imkanlar yaradıla bilər. AFFA-ya çağırışımızı müsbət cavablandırdığı üçün minnətdaram”. 

AFFA-nın icraçı-vitse prezidenti və baş katibi Elxan Məmmədov isə bildirib ki, fan-zonalara giriş açıq olacaq:

"Ötən il Avropa Liqasının finalı ilə bağlı Azərbaycana 38 min insan gəlib. İndi isə AVRO-2020 üçün daha çox insanın gələcəyi gözlənilir. Bu, UEFA-nın tədbiri olsa da, fan-zonalarda qiymətlər yüksək olmayacaq. Burada məhsulların satışı Azərbaycan standartlarına uyğun həyata keçiriləcək”. 

 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...