Dünya şöhrətli futbolçunun arvadı seksuallığı ilə göz qamaşdırdı - FOTO

Maqazin
12:20 / 19.02.2020
2037
45 yaşlı məşhur modelyer və iş xanımı Viktoriya Bekhem Yunanıstanın "Vogue” jurnalının mart sayının siması olub.
Sfera.az oxu.az-a istinadla xəbər verir ki, jurnalın üz qabığına çəkilən britaniyalı ulduz qazandığı uğurlardan və şəxsi həyatından danışıb.
"Həyat bir rəqabətdirsə, Viktoriya Bekhem çempiondur”- deyə, o qeyd edib.
Cazibədar pozlar verən modelyer "Victoria Bekhem” geyim markasının yaz-yay kolleksiyasının libaslarından istifadə edib.
Xatırladaq ki, bir neçə gün öncə Bekhem London Moda Həftəsində iştirak edib. O, payız-qış 2020/2021 mövsümünün bir-birindən dəbli və cəlbedici geyim və aksesuarlarını nümayiş etdirib.