"Özün çəkməsən də, nəvələrin çəkəcək" - Təranə Qumral özündən çıxdı

Müğənni Təranə Qumral efirdə həmkarına söz atıb.

Sfera.az xəbər verir ki, Xəzər TV-də "5/5" proqramının qonağı olan ifaçı onun haqqında danışan həmkarını efirdə hədələyib:

"Efirə çıxanda acıq verməmişəm. Hərdən görürəm ki, çıxıb üstüörtülü danışırlar, bilirəm ki, söhbət məndən gedir. Keçən dəfə biri adımı çəkmədən deyir ki, "Vallah, onun kürəkənlərinin ad günündə ona bağışladıqları sadə 20 manatlıq bijuteriyadır". Birincisi, sadə deyildi, ikincisi də sənə nə? Sənin nəyinə lazımdır? Sən deyərsən bir-iki, mən deyərəm on iki. Efirdə söz atır, guya ki, heç kimlə işi yoxdur. Mənə heç maraqlı deyil kim-kimə nə alıb, kim-kimə nə satıb. Etmə edərlər dünyasıdır. Edərsən, zamanında qarşına çıxar. Qızın olmasa da, nəvəndə olacaq o şey. Sən özün çəkməsən də, nəvələrin çəkəcək".

Həmin görüntüləri təqdim edirik: (yeni sabah)

P

OXŞAR XƏBƏRLƏR