Niyə SSRİ-də daha çox 5 və 9 mərtəbəli binalar tikirdilər... - Foto

Niyə SSRİ-də daha çox 5 və 9 mərtəbəli binalar tikirdilər... - Foto
 SSRİ-nin əksər şəhərlərində, elə Bakıda da o vaxtdan qalan binaların çoxu 5 və ya 9 mərtəbəlidir. Məsələn, niyə 9, amma 10 yox? Sualın cavabı maraqlıdır.

 

 

Sfera.az xəbər verir ki, SSRİ-də çoxsaylı yaşayış binalarının inşasına 1940-cı illərdə başlanılmışdı. Çoxlu kommunal evlərdən, kənd yerlərindən gələnlər üçün 50-ci illərdə yeni binalar hazırlandı. Binalarda lift quraşdırmaq mümkün deyildi. Ümumi qərar belə oldu ki, hər bir insan 5-ci mərtəbəyə piyada qalxa bilər. Beləcə, 5 mərtəbəli binalar yarandı.

 

Məsələnin başqa tərəfi də vardı. Yanğın maşınlarının nərdivanı 5-ci mərtəbədən yuxarı qalxa bilmirdi. Buna görə də SSRİ-də uzun müddət daha yüksək mərtəbəli binalar tikilmədi. 70-ci illərdə şərtlər dəyişdi. Yanğın maşınlarının nərdivanı 27-30 metri "görürdü”. Bu da 9 mərtəbəli binaları əlçatan edirdi.

 

Əvvəlcə Moskvada 8 mərtəbəliləri tikdilər. Sonra daha 1 mərtəbə də əlavə olundu. Bəzi binalarda iki lift quraşdırıldı. Liftlərdən biri yük üçün nəzərdə tutulmuşdu. İndi belə liftləri yeni çoxmərtəbəli binalarda görürük.

 

Düzdür, SSRİ-də sonralar 12-14 mərtəbəli yaşayış evləri də peyda oldu. Amma məlum səbəblərdən əksəri 5 və 9 mərtəbəlidir.(Bizimyol.info)





OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...