Divizion klubları cəzalandı

Divizion klubları cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I Divizionun 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

"Zaqatala” – "Qarabağ-2” oyununda "Qarabağ”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 65-ci dəqiqəsində "Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki maddədən istifadə edildiyinə görə komanda 80 manat cərimə olunub.

 

"Zirə-2” – "Sabah-2” oyununun ikinci hissəsi "Zirə” komandası paltardəyişmə otağını gec tərk etdiyinə görə 5 dəqiqə gecikdiyi üçün klub 80 manat cərimə olunub. "Sabah” komandası elektron protokolu vaxtında təqdim etmədiyi üçün klub 80 manat cərimə olunub. Oyunda azərkeşlər üçün tibbi xidmət təşkil edilmədiyi üçün "Zirə” 80 manat cərimə olunub.

 

"Qaradağ Lökbatan” – "Turan Tovuz” oyununda "Qaradağ Lökbatan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. "Turan Tovuz”un 15 nömrəli futbolçusu Əzəmət Ələkbərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

 

"Neftçi-2” – "Sumqayıt-2” oyununun 79-cu dəqiqəsində "Sumqayıt”ın 35 nömrəli futbolçusu Eldost Qiyasbəyli rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Meydan sahibinin təqdim etməli olduğu 2 ədəd elektron əvəzetmə tablosu oyun vaxtı işləmədiyinə, həmçinin diktor olmadığına görə "Neftçi” ümumilikdə 80 manat cərimə olunub.

 

"Kəpəz” – "Keşlə-2” oyununda "Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunda xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün "Kəpəz” 80 manat cərimə olunub. "Kəpəz” komandası elektron protokolu vaxtında təqdim etmədiyi üçün klub 80 manat cərimə olunub. Top daşıyan şəxslərin sayı əsasnamədə qeyd olunandan az olduğu üçün "Kəpəz” 80 manat cərimə olunub.



OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...