Bağırsağın işini bərpa edən məhsulların siyahısı hazırlandı

Bağırsağın işini bərpa edən məhsulların siyahısı hazırlandı
 

Həkimlər bağırsağın selikli qişasını bərpa etməyə kömək edən ərzaqların siyahısını tərtib ediblər.

Sfera.az xəbər verir ki, siyahıya hindqozu (kokos), nanə, qızılbalıq, moruq və limon salınıb.

Bildirilir ki, tərkibində hindqozu olan məhsullar, eləcə də süd və qatıq göbələk və virusəleyhinə xüsusiyyətlərə malikdir.

Nanə qıcıqlanmış bağırsaq simptomunu aradan qaldırır. O, bağırsağın işini aktivləşdirir, ağrını, köpü azaldır və qəbizliyi aradan götürür.

Tədqiqatçılar, həmçinin D vitaminin orqanizmdə az olması ilə yoğun bağırsağın xroniki xəstəliklərinin, məsələn xərçəngin yaranmasının arasında da əlaqə aşkar ediblər. Alimlər əlavə ediblər ki, iltihab prosesini dayandırmağa və infeksiyaya qarşı mübarizə aparan bakteriyaların fəaliyyətini gücləndirməyə omeqa-3 turşuları ilə zəngin olan balıqların yağlı növləri kömək edə bilər.  

Moruq tərkibində yüksək miqdarda sellüloza olmağı sayəsində bağırsaq üçün ən faydalı məhsulların siyahısına daxil edilib. Giləmeyvələrin bir porsiyasında təxminən səkkiz qram sellüloz olur ki, bu da insanın gündəlik tələbatının dörddə birini təşkil edir. Moruqdan istifadə etməklə qəbizliklə mübarizə aparmaq və divertikulozun inkişafının qarşısını almaq olar.

Limonun tərkibində bədəndə bakteriya balansını təmin edən və onun müdafiəsi üçün lazım olan zülal — kollagenin yaranmasında mühüm rol oynayan çoxlu miqdarda C vitamini var.

Alimlər xatırladırlar ki, bütün immun sisteminin işi bağırsaq florasının vəziyyətindən asılıdır, çünki antitel  istehsal edən bütün hüceyrələrin təxminən 70 faizi bağırsağın selikli qişasında yerləşir. Bundan əlavə, orada yaşayan bakteriyalar sellülozanı parçalayır və vitaminlərin istehsalına cavabdehdir. (Oxu.az)



OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...