Prezident İlham Əliyev iki icra başçısını işdən çıxardı

Prezident İlham Əliyev iki icra başçısını işdən çıxardı

Prezident İlham Əliyev M.N.Quliyevin Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

İlham Əliyev digər sərəncamı ilə Akif İsmayıl oğlu Səlimovu Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.


OXŞAR XƏBƏRLƏR