Dərsliklər ictimai müzakirəyə çıxarılıb

Dərsliklər ictimai müzakirəyə çıxarılıb
 

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Bu məqsədlə layihələr www.trims.edu.az saytının "İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Yaxın zamanlarda bütün layihələrin sayta yerləşdirilməsi başa çatdırılacaq.

Təhsil Nazirliyindən Sfera.az-a  verilən məlumata görə, sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş layihələrin məzmunu ilə tanış olmaq, orada xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür. İrad və təkliflər [email protected] elektron poçtuna göndərilməklə də bildirilə bilər.

Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik komplektlərinin layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.


OXŞAR XƏBƏRLƏR

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....

Bu kokteyllər risklidir? - AÇIQLAMA

Yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar insanlar sərinlədici içkilərə daha çox üstünlük verirlər. Xüsusilə də küçələrdə, yol kənarları...