Müğənni əməliyyat olundu

Müğənni əməliyyat olundu
Məşhur müğənni Emel Sayın əməliyyat olunub.
"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, herni diskal (onurğadakı qığırdaqların yerini dəyişməsi) xəstəliyindən əziyyət çəkən sənətçi ikinci dəfə xəstəxanaya müraciət edib.
Emel Sayın bu səbəbdən Ankarada verəcək konsertini də təxirə salıb.
Müğənninin həkimi açıqlamasında onun səhhətinin yaxşı olduğunu, bir müddət sonra evə buraxılacağını söyləyib.
Qeyd edək ki, Emel Sayın dava əvvəl də sözügedən problemlə üzləşmiş, əməliyyat olunmuşdu.

OXŞAR XƏBƏRLƏR