İlhamə Quliyevanın yas mərasimində qəribə QADAĞA - FOTOLAR
Cəmiyyət
14:56 / 03.03.2016
13895
Bu gün Təzə Pir Məscidində xalq artisti İlhamə Quliyevanın ilk cümə axşamı mərasimi keçirilib.
Sfera.az "Qafqazinfo”ya istinadən bildirir ki, yas mərasimi mətbuata qapalı keçirilib.
Mühafizəçilər jurnalistlərin girişinə xalq artistinin oğlu Orxan tərəfindən qadağa qoyuldaqlarını bildiriblər.
Orxan Nadirov isə "Qafqazinfo”ya açıqlamasında belə deyib:
"Mətbuat İlhamə xanımın vida və üç mərasimlərini yayımlayıb. Bu qədər kifayətdir. Bu toy deyil ki, hər dəfə mətbuat gəlib çəkiliş etsin. Cümə axşamı mətbuata qapalıdır”.
Xalq artisinin qohumu Əli Mirəliyev də yas mərasiminin qapalı keçirilməsi ilə bağlı açıqlama verib:
"Qapalı olmalıdır da... Mətbuat ailəni bir-birinə vurdu”.