Talıb Talehin toyunu gözləyənlərə PİS XƏBƏR - Bu vaxta kimi gizlədib - FOTO

Maqazin
10:30 / 15.02.2020
3549
Talıb Tale nişanını qaytarıb.

Sfera.az milli.az-a istinadən xəbər verir ki, bunun üstü "5/5"də aparıcı Zaur Kamalın müğənniyə ünvanladığı "Yalandır, doğrudur? Nİşanı qaytarmısan?" sualından sonra açılıb.
Talıb aparıcının sözlərini təsdiqləyib:
"Bəli, qaytarmışam. Artıq xeyli müddətdir, bu vaxta kimi gizlətməyimin səbəbi də çalışırdım ki, söz-söhbətə səbəb olmasın. Sadəcə olaraq xarakterimiz tutmadı. Haradasa il yarımdan çox nişanlı qaldıq. 2019-un payızından nişanı qaytarmışam".
Ailə qurmaq üçün qız axtarışında olduğunu bildirən müğənni gənclərə tövsiyə də verib:
"Belə şeylərlə qarşılaşmamaq üçün, çalışın tez ailə qurun".
Xatırladaq ki, 39 yaşlı sənətçi 2018-ci ilin mayında öz qohumu ilə nişanlanmışdı.
