Çox sarımsaq yemək qaraciyəri zədələyir – Bilmədiyiniz 5 zərəri

Çox sarımsaq yemək qaraciyəri zədələyir – Bilmədiyiniz 5 zərəri

Sarımsaq hən qida, həm dərmandır. Amma onun faydasına gözuyumlu inanıb, gündəlik sarımsaq dozasını o qədər aşırlar ki, faydasından çox zərərini görürlər.

Adi su da çox içiləndə zərərli olduğu kimi, sarımsağın da çox yeyilməsinin bir çox orqanlara mənfi təsiri var.

Sfera.az medicina.az-a istinadən sarımsağın bilmədiyiniz 5 zərərini təqdim edir. Xüsusən ac mədəyə və gün ərzində çox miqdarda çiy
sarımsaq yemək bu fəsadları törədə bilər.

1. Qaraciyəri zəhərləyər

Bu orqan qanı təmizləyir, yağ zülal mübadiləsini tənzimləyir, orqanizmdən zəhərli ammiakı çıxarır.
Sarımsaqda olan allisin adlı kimyəvi birləşmə qaraciyərə çox daxil olduqda onu toksiki zəhərləyir.

2. Diareyası olanlara olmaz

Acqarına sarımsaq ishal yaradır. Qıcıqlanmış bağırsaq, Kron, kolit xəstəliklərində və müəyyən xəstəliklər zamanı bağırsaq pozulmalarında sarımsaq yeyib vəziyyəti daha da pisləşdirə bilərsiz.

3. Ürəkbulanma və mədə yanması verir

 

Mədəsi və nazik bağırsağı həssas olanlar, yara, xorası olanlar acqarına və ya yeməkdən çox əvvəl çiy sarımsaq yeyərsə ürəkbulanma, mədə yanması, reflüks, hətta qusma ola bilər. Sarımsaq qastroezifagit reflü xəstəliyi olanlara əks göstərişdir.

4. Nəfəsi korlayır

Bu da sarımsaqda olan kükürd maddəsinə görədir.

5. Qanaxmanı artıra bilər

Sarımsaq təbii qan durulaşdırıcıdır, ona görə laxtalanma problemi olan, aspirin qəbul edənlər, əməliyyat olanlar, hər hansı daxili qanaması olanlar çiy sarımsaqdan uzaq dursa yaxşıdır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...