İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

"İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər".

Sfera.az olaylar-a istinadla xəbər verir ki, bu fikirləri Rusiya-İran Müştərək Ticarət Palatasının prezidenti səsləndirib. Hazırda müəssisədə 300-ə yaxın adam çalışır. Əgər məhsul daşınması sürəti artarsa, 2020-ci ilin sonunadək 1 milyon tonadək yük daşınması həyata keçirilə bilər.

Qeyd edək ki, İrandan Həştərxana məhsul Yaşıl gömrük dəhlizi vasitəsilə çatdırılır. Məhsula baxış və sənədlərin qeydiyyatı bir gündən az çəkir. Bu isə rekord göstəricidir və ölkənin heç bir yerində yoxdur. Sahibkarlar üçün bu marşrut vasitəsilə  məhsulların daşınması da sərfəli və rahatdır. Çünki sahibkarlar bu hab vasitəsilə yüklərini daşıyarkən daha az - təxminən 2 dəfə az vəsait sərf edirlər. Bu isə alıcıya satılan məhsulun qiymətini də sərfəli edir.

 

Məlumat üçün qeyd edək ki, Həştərxana gətirilən məhsullar, meyvə-tərəvəz, düyü Rusiyanın Avropa hissəsinin şəhərlərinə göndərilir. KDY logistik şirkətinin rəhbəri Qalib Məmmədov bildirib ki, təkcə İrandan hər gün 15-20 vaqon bu mərkəzə məhsul daşıyır. Amma gələcəkdə İrandan Rusiyaya tranzitlə gələn 170 maşının hamısını əhatə etməyə çalışacağıq. İrandan Azərbaycan və Dağıstandan keçməklə 4 saat ərzində məhsullar Həştərxana çatır ki, bu da sözügedən habı Cənub-Şimal beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevirir.




OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...