Rusiya baş naziri müavininin Əliyevlə - “Xüsusi xarakter”li görüşü

Rusiya baş naziri müavininin Əliyevlə - “Xüsusi xarakter”li görüşü

Rusiya mətbuatı bu gün Bakıda baş nazirin müavini Dmitri Raqozinlə prezident İlham Əliyevin görüşəcəyi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo” xəbər verir ki, "Kommersant”ın yazdığı məlumata görə, danışıqların əsas mövzusu hərbi-texniki əməkdaşlığın nizama salınması ilə bağlı olacaq.

Görüşdə, həmçinin Azərbaycan tərəfinin Ermənistana silah satışı məsələsini də qaldıracağı gözlənilir.

Moskvadan Bakıya silah ixracına cavabdeh olanlar – "Rosoboroneksport” şirkətinin rəhbərliyi, Hərbi-Texniki Əməkdaşlığa dair Federal Xidmət, həmçinin baş nazirin müavini Raqosin dünən gecə Bakıya uçublar.

Mənbənin sözlərinə görə, bu səfər "xüsusi xarakter” daşıyır və əvvəldən planlaşdırılmayıb.

Qeyd edək ki, görüşün konkret hansı detallar üstündə keçirildiyi bəlli deyil, səfər əvvəldən planlaşdırılmadığı üçün Azərbaycan tərəfi hələ ki, rəsmi açıqlama ilə çıxış etməyib. 

 



OXŞAR XƏBƏRLƏR

“İTV-də o verilişi görəndə kanalı çevirirəm” - VİDEO

““İctimai” televiziya bu yeni mövsümünü “Vətəndaş A” serialı ilə açdı. Bu ekran əsəri 12 bölümdən ibarətdir. “Vətəndaş A&rdq...

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt AÇIQLANDI

"Bakı kart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Age...

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...