Sabah 23 dərəcə isti gözlənilir

Sabah 23 dərəcə isti gözlənilir
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya daxil olan məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 14-19, bəzi yerlərdə 23, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 16-21 dərəcə isti, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 2-7, gündüz 13-18, bəzi yerlərdə 21 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR