Oksanadan Elşad Xose ilə bağlı suala sərt reaksiya: “İndi həyatımda başqaları var”

18:00 / 12.02.2020
2512
Tanınmış aktrisa Oksana Rəsulova "Hər Şey Daxil” verilişində keçmiş həyat yoldaşı repçi Elşad Xosedən danışıb.
Sfera.az xəbər verir ki, Oksana Tarix Əliyevin (Tolik) "Bəs demişdin ki, filmdə yalnız Elşad Xose ilə öpüşərəm?” sualına sərt reaksiya verib:
"İndi həyatımda Elşad Xose var?! Mənim həyatımda indi başqaları var”.
Qeyd edək ki, O.Rəsulova ilə aparıcı Şəhriyar Abilovun baş rolda çəkildikləri "Sevgi Romanı” filmində Şəhriyarla öpüşməsi sosial mediada müzakirələrə səbəb olub.
Xatırladaq ki, 2012-ci ildə ailə quran Oksana və Elşad Xose cütlüyü qalmaqallı şəkildə ayrılmışdı. (yeni sabah)