Azərbaycanda dəhşətli qətl - Ata oğlunu öldürdü

Kriminal
13:47 / 12.02.2020
3434
Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən yeni sabah-a verilən məlumata görə, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.
Faktla bağlı Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.