AFFA millinin baş məşqçisi postuna namizədlə görüşdü: Qərarını yaxın günlərdə açıqlayacaq

AFFA millinin baş məşqçisi postuna namizədlə görüşdü: Qərarını yaxın günlərdə açıqlayacaq

"Beşiktaş” macərasının bitməsindən sonra hələlik hər hansı klubla anlaşmayan Abdullah Avcı Azərbaycan Futbol Federasiyasının gündəmindən düşmür.

Sfera.az xəbər verir ki, bu barədə "Hürriyet” nəşri yazıb.

 

Nəşrin məlumatına görə, yaxın günlərdə Türkiyəyə gedərək A.Avcı ilə görüşən AFFA rəsmiləri təcrübəli məşqçini razı salmağa çalışıblar. 56 yaşlı mütəxəssisin Azərbaycan millisi ilə bağlı qərarını qarşıdakı günlərdə verməsi gözlənilir.

Nəşr qeyd edir ki, A.Avcının millimizi çalışdırmasına ən çox "Beşiktaş” klubu sevinəcək. Belə ki, A.Avcı Azərbaycan millisinin məşqçisi olacağı halda, İstanbul nəhəngi "Beşiktaş” aylıq bir milyon türk lirəsi xərcdən xilas olacaq. 

Xatırladaq ki, A.Avcı ilə "Beşiktaş” klubu arasında müqavilənin qarşılıqlı qaydada ləğv edilməsi zamanı əldə olunan razılığa əsasən, İstanbul təmsilçisi üzərinə Avcıya yeni klubla müqavilə imzalayana qədər hər ay bir milyon türk lirəsi (təxminən 283 min AZN - red.) ödəməklə bağlı öhdəlik götürüb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...