Enrike İqlesias üçüncü övlad atası oldu

19:00 / 11.02.2020
3403
Məşhur ispan müğənnisi Enrike İqlesias yenidən ata olub.
Bu barədə müğənninin kiçik qardaşı "Daily Mail”ə danışıb.
Xəbərdə bildirilir ki, E.İqlesias və həyat yoldaşı - keçmiş rus tennisçi Anna Kurnikova üçüncü övlada sahib olublar.
Lakin uşağın cinsi hələ mətbuata açıqlanmayıb.
Xatırladaq ki, E.İqlesias və A.Kurnikova 2001-ci ildə "Escape” mahnısına klipin çəkilişi zamanı tanış olub, 2002-ci ildən görüşməyə başlayıblar.
Onların Nikolas və Lusi adlı əkizləri var. (oxu.az)