"Qarabağ"ın sabiq futbolçusu Ukrayna klubunda

 

"Qarabağ”ın sabiq qapıçısı Anton Kanibolotskinin yeni klubu məlum olub.

 

Sfera.az  xəbər verir ki, ukraynalı qolkiper karyerasını ölkəsində davam etdirəcək. 31 yaşlı əlcək sahibi Premyer Liqada çıxış edən "Karpatı” klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

"Ukrayna çempionatında uzun müddətdir oynamıram. Evdə oynamaq gözəldir. Premyer Liqanın oyunlarını izləyirdim. Bu səbəbdən də baş verənlərdən xəbərdaram. "Karpatı"ya qarşı dəfələrlə oynamışam. Xüsusilə də Lvovda oynamaq asan deyildi.

 

İndi bu komandaya kömək etmək üçün əlimdən gələni edəcəm. Yaxşı insanlar, əla komanda və adaptasiyada problem yoxdur. Gənc qapıçı Oleq Kudriklə "Şaxtyor"da komanda yoldaşı olmuşam. Rəqabət normal haldır. Hamı oynamaq istəsə də, qərarı baş məşqçi verir", - deyə qapıçı Lvov klubunun saytına fikirlərini bölüşüb.

 

Anton Kanibolotski "Qarabağ”a 2017-ci ilin yayında Donetsk "Şaxtyor"undan keçmişdi. 2018-ci ilin yayında Ağdam təmsilçisindən ayrılıb, Polşanın "Medz" komandasına keçən qapıçı 6 ay idi ki, klubsuz qalmışdı.


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...