“Avtoş”lar həbs edildi - Fotolar

“Avtoş”lar həbs edildi - Fotolar
 Xızıda avtoxuliqanlıq edən gənclər tutulublar.
 

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan yeni sabah-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polis (DYP) Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradan üç sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla avtoxuliqanlıq hərəkətləri edən gənclərin Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov olduqları məlum olub. Hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan "Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.

Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək idarə edən bu şəxslər barəsində Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....