“Qadın işləməsin, ər çörəyi yesin” - Nazpəridən daha bir qalmaqallı açıqlama - Video

12:10 / 11.02.2020
1799
Xalq artisti Nazpəri Dostəliyeva "Zaurla Günaydın” verilişinin qonağı olub.
Sfera.az xəbər verir ki, xanım sənətçi efirdə qalmaqala səbəb olacaq fikirlər səsləndirib.
"Bu gün çox istəyərdim ki, qadın işləməsin. Qadın ər çörəyi yesin. Çünki indi o qədər qəliz məsələlər var ki. Siz övladlarınızın müəlliməsi olsa, məktəbdə dərs verən müəllimədən daha çox uşağınıza xeyir vermiş olacaqsınız. Kişi o qadını işləməyə qoymur ki, özü bütün qayğıları həll edə bilir. Əgər kişi qadını, uşaqları saxlaya bilmirsə, bu düzgün deyil”.
Bu sözlər efirdə fikir ayrılığına səbəb olub. Aparıcı Zaur və Günay Xalq artistinin bu sözləri ilə razılaşmayıb.
Həmin görüntüləri təqdim edirik: (yeni sabah)