Kərimdən həyat yoldaşına sevgi etirafı: “Bu dünyada məni ata edən, səni sevirəm” - VİDEO

Kərimdən həyat yoldaşına sevgi etirafı: “Bu dünyada məni ata edən, səni sevirəm” - VİDEO

"Şou-biznesə gələndən hər bir söz eşitmişəm. Min cür maska görmüşəm. Ünvanıma min cür söz eşitmişəm. Hər şey deyilib. Məni tanıyan tanıyıb. Tanımaya-tanımaya haqqımda fikir bildirən insanlar məni özü kimi tanıyır”.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Xəzər” TV-də yayımlanan "X Maqazin” proqramının "X adam” rubrikasında deyib. Verilişin aparıcısı Zümrüd Bədəlovanın "Qorxmursan, bu açıq sözlüyünə görə gözdən düşərsən?” sualına sənətçinin reaksiyası belə olub:

"Məni sevənlər artır. Çünki mənim kimi dürüst insanlar çoxdur”

Rubrikanın sonunda K.Abbasov efir vasitəsi ilə üzünü həyat yoldaşına tutaraq, ona eşq ismarıcı yollayıb:

"Necə xoşbəxt bir insan olmağı göstərən, bu dünyada məni ata edən, gözəl xanımım, həyat yoldaşım, başımın tacı – səni sevirəm. Səninlə qürur duyuram. Sən ki mənim kimi çətin bir insanla bir yerdə addım atırsan, böyük şəxsiyyətsən”.


Qeyd edək ki, müğənni K.Abbasov prodüser Təranə Səmədova ilə ayrıldıqdan sonra ikinci dəfə Təranə adlı xanımla ailə qurub. Onun bu evliliyindən Yusif adlı oğlu var.

 

 


OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...