“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda sosial şəbəkədə diqqətçəkən paylaşım edib.

“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda sosial şəbəkədə diqqətçəkən paylaşım edib.

Sfera.az xəbər verir ki, brazilyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ” - "İnter” (İtaliya) qarşılaşmasından video paylaşıb. Görüntüdə 30 yaşlı futbolçunun matçın 90+4-cü dəqiqəsində vurduğu qol yer alıb. 

2014-cü ilin dekabrın11-də keçirilən oyunun 90+4-cü dəqiqəsində Riçard Almeyda qol vursa da, matçın yan xətt hakimi Ondrjey Pelikan qolu qeydə almamışdı.

Xatırladaq ki, 2012-ci ilin iyunundan "Qarabağ”da çıxış edən futbolçu 2018-ci ilin yayında "Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. Bu ilin yanvarında "Köhlən atlar”la maliyyə məsələlərində anlaşa bilməyən Riçard klubdan ayrılıb. O, Birləşmiş Ərəb Əmirliyinin "Baniyas” klubu ilə mövsümün sonuna qədər anlaşıb. Maliyyə məsələlərində anlaşmasa da, görünür, yarımmüdafiəçi "Qarabağ” üçün darıxır. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....

Bu kokteyllər risklidir? - AÇIQLAMA

Yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar insanlar sərinlədici içkilərə daha çox üstünlük verirlər. Xüsusilə də küçələrdə, yol kənarları...