Prezident və ailəsi səs verdi - MARAQLI GÖRÜNTÜLƏR
13:17 / 09.02.2020
2507
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilir.
Sfera.az APA-a istinadən xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində canlanma müşahidə olunurdu.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs verdilər.