Şahrux Xan Azərbaycana gələcək
16:55 / 02.03.2016
990
Bollivud ulduzu Şahrux Xan Azərbaycana gəlmək niyyətindədir. Lent.az-ın məlumatına görə, tanınmış aktyor bu barədə sosial şəbəkədəki səhifəsində xəbər verib: "Uşaqlıqdan atamla birlikdə "Atlas” oyununu oynamağı xoşlayırdım. Həmin oyundakı qələbəmdən biri də Azərbaycanla bağlı olub. Bu olkənin adını da oradan bilirəm. Azərbaycandakı sevənlərimə görə ora mütləq gələcəm”.