Messinin “Barselona”dakı taleyinə aydınlıq gəldi

İdman
11:50 / 08.02.2020
3149
"Barselona”nın (İspaniya) hücumçusu Lionel Messinin klubdakı taleyinə aydınlıq gəlib.
Sfera.az xəbər verir ki, argentinalı futbolçu klubun idman direktoru Erik Abidalla aralarında yaranmış problemə baxmayaraq, Kataloniya təmsilçisində qalacaq. "Barselona”nın prezidenti Jozep Bartomeunun tərəflərlə ayrı-ayrılıqda keçirdiyi görüşdən sonra Messi – Abidal gərginliyi az da olsa, səngiyib.
Qeyd edək ki, xarici mediada Messinin yayda İngiltərənin "Mançester Siti” klubuna keçə biləcəyi ilə bağlı xəbərlər yayılıb. (yeni sabah)