Bu gün Azərbaycan derbisi var - “Qarabağ” “Neftçi”yə qarşı

İdman
10:00 / 08.02.2020
2013
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulacaq.
Sfera.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilləcək.
Günün ilk qarşılaşmasında "Sumqayıt" "Zirə"ni qəbul edəcək.
Turun son oyununda isə lider "Qarabağ" evdə "Neftçi" ilə qarşılaşacaq. Ağdam klubu hazırda 34 xalla turnir cədvəlinə başçılıq edir. "Neftçi” isə ondan 8 xal geri qalaraq, 26 xalla 3-cü yerdədir.
8 fevral
17:30. "Sumqayıt” – "Zirə”
Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
"Kapital Bank Arena”
20:00. "Qarabağ” – "Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika stadionu (yeni sabah)