“Köynəkdə” doğulan uşaq hər kəsi heyrətə gətirdi - FOTO

“Köynəkdə” doğulan uşaq hər kəsi heyrətə gətirdi - FOTO

ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərinin sakini dünyaya gətirdiyi uşaqla hər kəsi heyrətə salıb.

Belə ki, Conatan adlı uşağın əlləri, ayaqları, külrəyi və çiyni qara tüklərlə örtülü olub, üzündə isə saqqal görünüb. Bundan başqa, uşaq "köynəkdə" - adətən, doğuş zamanı partlayan döl qabığında dünyaya gəlib. Bu, çox nadir hadisədir və bəzi mədəniyyətlərdə bu xoşbəxtlik kimi qəbul olunur.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, USM zamanı uşağın bədənində görünməyən tüklər valideynləri 28 yaşlı Entoni Lopes və 26 yaşlı Nensmi Rivera üçün sürpriz olub. Ata zarafatla uşağını "balaca Rosomaxa" adlandırır.

Bununla belə, həkimlər qorxulu bir şey olmadığını deyiblər. Onların sözlərinə görə, bu zərif tüklər lanuqo adlanır və çimən zaman öz-özünə tökülür. Adətən, belə tüklər uşaqda hamiləliyin ikinci dövründə yaranır və onu isidir. Lanuqo 32-36-cı həftədə yoxa çıxır, ancaq nadir hallarda doğuşa qədər qalır.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...