“Sənin qəlbində mənə...” - Anasının sualı Ayanı ağlatdı - Video

Müğənni Ayan Babakişiyeva ATV telekanalında yayımlanan "7 Canlı” verilişinin qonağı olub.
Sfera.az xəbər verir ki, efir zamanı ifaçının anası, qardaşı və qızının sürprizi onu kövrəldib.
Belə ki, Ayanın anasının efirə qoşularaq qızının ondan incikliyinin olub-olmamasını soruşması onu ağladıb:
"Sən çox güclü qadın, gözəl ana, xeyirli övlad, dürüst insansan. Bu da mənim üçün bir ana kimi çox xoşdur ki, belə bir övladım var. Buradan sənə belə bir sual vermək istəyirəm: Belə söyləntilər eşitdik ki, anası etdi, anası günahkardır, hər şeyin səbəbkarı anadır... Mənim üçün çox maraqlıdır ki, sənin qəlbində mənə qarşı qırğınlıq, inciklik varmı? Varsa, söylə”.
"İstəyirəm bunu tək anam yox, bütün bizi izləyənlər bilsin ki, mən bu həyatda nəyə nail olmuşamsa, anamın sayəsində olmuşam. Sən mənim başımın tacısan. Yaxşı ki, varımsan. Sən olmasan mən məhv olaram”, – deyə Ayan anasına cavab verib.
Qeyd edək ki, FHN-in İdman Sağlamlıq Mərkəzinin rəisi Füzuli Musayev Ayan Babakişiyevanın qızı Selenanın atasıdır. Bir müddət əvvəl cütlük qalmaqqalı şəkildə ayrılıb.
Həmin görüntüləri təqdim edirik: (yeni sabah)