Yeddi polis 18 yaşlı gənci amansızcasına döydü - VİDEO

18:45 / 06.02.2020
2116
Çilidə keçirilən etiraz aksiyaları zamanı polislərin 18 yaşlı Matias Soto adlı vətəndaşı amansızcasına döyməsini əks etdirən görüntülərin ictimailəşməsi ölkədə ciddi narazılığa səbəb olub.
Sfera.az oxu.az-a istinadla xəbər verir ki, vətəndaşı döyən yeddi polis haqqında araşdırma başlanılıb.
Qeyd edək ki, Çilidə metro biletlərinin dəyərinin dörd faizdən çox artırılması ilə bağlı uzun müddətli etiraz aksiyaları keçirilib.