"Dinamo" Ramilə görə CAS-a şikayət edir

"Dinamo" Ramil Şeydayevin müqaviləsin xitam verərkən öhdəlikləri yerinə yetirmədiyi üçün yeni transferlərini qeyddiyatdan keçirə bilmir. Moskva klubu Rusiya Futbol İttifaqının verdiyi qərardan narazıdır.

 

Sfera.az sportal.az-a istinadla xəbər verir ki, qərardan narazı qalan "Dinamo"  Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət edəcək.

 

Şeydayev "Dinamo"ya 2019-cu ildə "Krılya Sovetov"dan keçmişdi. 23 yaşlı futbolçu ilə yollar qış fasiləsində ayrılmışdı.


OXŞAR XƏBƏRLƏR