BŞBPİ: Bakıda ötən gün 23 cinayətin üstü açılıb

Kriminal
16:10 / 06.02.2020
1993
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də 23 cinayətin üstü açılıb. Onlardan 8 əvvəllki dövrlərdən bağlı olan cinayətlər olub.
Bakı Şəhər Baş Polis İdarəsindən Sfera.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.