“Canları çıxır...” - Nadir Bülənt Ərsoyla bağlı “od püskürdü”

Sənətçinin oktyabrın 24-də Bakıda konsert proqramı ilə çıxış edəcəyi bildirilib.
Sfera.az xəbər verir ki, bu xəbər müğənni Nadir Qafarzadəni əsəbləşdirib. İfaçı sosial şəbəkədə B.Ərsoyun görüntüsünü paylaşaraq, onu Azərbaycana dəvət edənlərə istehza edib:
"Xoş gəlirsən ay Bülənt bacı, qardaş. Gəl, ey, gəl, köksüzlər darıxıblar sənin üçün! Biz hər şeyi tez unudanıq. Gəl bacı, qardaş, pulun qurtaranda gəl, çəkinmə. Köksüzlər səni yola salacaqlar. Gələndə Sezen Aksu ablanı da unutma. O da ermənipərəstdir, sənin kimi. Qucağımız hər zaman açıqdır. Bəzi radiolarımız Sezen Aksunu tez-tez səsləndirir, amma bizimkilərə gəldikdə canları çıxır. Bizə nə olursa, yaxşı olur!”
Qeyd edək ki, illər öncə Azərbaycanda keçirilən "Best Model of the Azerbaijan" yarışmasında münsiflər heyətində təmsil olunan Bülent Ersoy ona göstərilən qonaqpərvərliyin "əvəzini çıxaraq” türk telekanallarından birinə qəribə açıqlama vermişdi. Azərbaycanı "mənşəyi bilinməyən xalq” adlandıran müğənni daha sonra Azərbaycan xalq mahnısı "Sarı gəlin"in ermənilərə məxsus olduğunu demişdi. (yeni sabah)