Elçin Şıxlıdan Elşən Musayevə sensasion ittihamlar

Elçin Şıxlıdan Elşən Musayevə sensasion ittihamlar

Elçin Şıxlının rəhbəri olduğu "Zerkalo" saytı seçkilərə bir neçə gün qalmış sensasion hesab ediləcək məqalə ilə çıxış etmişdir. Bir çox seçki dairələrinin və namizədlərin təhlil edildiyi məqalədə 110 saylı Zaqatala dairəsinə də yer verilib.


Keçmiş deputat Elşən Musayevdən bəhs edən bu bölümün tərcüməsini oxucularımıza təqdim edirik.

 

 

Elşən Musayevi "etirazçılar"ın təmsilçisi olaraq qeyd edən Zerkalo bu insanı klassik "troll" olaraq səciyyələndirir. Eyni zamanda Elşən Musayev haqqında bunlar qeyd edilir: "Elşən Musayev deyəndə özünü beynəlxalq aləmdə Azərbaycanın maraqlarını müdafiə edən bir intelligent olduğunu iddia edən, əslində isə doğma dilindən başqa bir dil bilməyən bir insan ağla gəlir. O hətta öz ana dilində elə bir şəkildə yazır ki, ümumiyyətlə yazmasa daha yaxşı olardı.

 

 

Elşən Musayev Zaqatala seçkilərində yerli sakin olmamaqla və seçicilər arasında inanılmaz dərəcədə anti-reytinqə malik olmaqla deputatlığa iddialıdır. Ancaq təəccüblü olanı budur ki, seçkidən qabaq mediaya "Deputat siyahısı" olaraq sırınan məlum siyahıda onun adı vardır...! İndidən əminliklə deyə bilərik ki, bu namizəd xalqın güclü narazılığına səbəb olacaqdır. Hərçənd, bəlkə seçkiləri ləkələməyə çalışan bütün qüvvələrin niyyəti də elə budur?! "


OXŞAR XƏBƏRLƏR