Kərimdən qalmaqal yaşadığı Elçin və Oqtayla bağlı sərt sözlər - 200 min istəyirlər

Kərimdən qalmaqal yaşadığı Elçin və Oqtayla bağlı sərt sözlər - 200 min istəyirlər

"Soy" prodakşının rəhbəri, rejissor Oqtay Əliyev müğənni Kərim Abbasovu məhkəməyə verib.

Sfera.az xəbər verir ki, bu haqda K.Abbasov "Hər şey daxil” verilişində danışıb. Tanınmış ifaçı O. Əliyevin ondan 200 min manat təzminat tələb etdiyini bildirib:

"Bir dəfə mənə qarşı cinayət işi açdırmışdı. Hakim də gördü gülməli mövzudur, qəbul etmədi. İndi mülki iddia ilə müraciət edib. Özü də ona demədiyim bir kəlməyə görə. 200 min manat təzminat istəyir. Oqtay Əliyev, siz 200 mini üst-üstə görmüsünüz? Mən görməmişəm. Məhkəmə fevralın 15-də olacaq. Vəkilim orada olacaq. Ona demədiyim bir kəlməyə görə necə verir məhkəməyə, nə oyunlar çıxarır? Etsin, amma mən yenə də deyirəm, mən sizi və ailənizi çox istəyirəm".

Qeyd edək ki, onun Kərimi məhkəməyə verməsinə səbəb qardaşı Elçin Əlibəylinin ünvanına "erməni" ifadəsini işlətməsi olub. 

Xatırladaq ki, ifaçı bir müddət əvvəl Elçin Əlibəyli ilə qalmaqal yaşayıb. Kərim aparıcının onunla cinsi əlaqədə olmaq istədiyini iddia edib və ona təhqirlər yazmışdı. (yeni sabah)

 


OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...