Yolda mənimçün maşın saxlayırlar, öpücük göndərirəm" – Şəbnəm Tovuzlu - VİDEO

Yolda mənimçün maşın saxlayırlar, öpücük göndərirəm
 ARB TV-nin "Show News” verilişinin növbəti müsahibi Şəbnəm Tovuzlu olub.

Şəbnəm Tovuzlu burnu havada olan həmkarlarına ismarıc göndərib:

 
"Eqositliyi, yekəxanalığı sənətçiyə yaraşdırmıram. Əsl sənətini sevən, xalqı düşünən sənətçi, heç vaxt xalqa qarşı burnunu dik qaldırmaz. Mən bunu belə bilib, belə görmüşəm. Ona görə də bəzilərinin hərəkətlərini heç sevmirəm”.

Müğənni əsl ulduz olmağın sirlərindən də danışıb:

"Əsl ulduzluq odur ki, sadə olasan. Sadə insanlara, səni sevənlərə sevgini göstərəsən. Tanımadığım insanlar mənə yazırlar ki, filan geyiminizi çox bəyəndim və s. Hətta bu yaxında bir qız yazıb ki, filan vaxtı mənim doğum günümdür, sizin filan geyimizi çox sevirəm, əgər geyinmirsizə mənə hədiyyə etsəz xoş olardı, doğum günümdə geyinim. Tez mesaj bölməsinə yazdım ki, əlbəttə, o nə deməkdir. Hətta 1 geyim yox, 3 geyim göndərdim ona. Bədən ölçüləri mənim kimi, 42, 40 geyinirdi. Qız necə sevinirdi. Mağazalara, butiklərə qonorar qarşılığında çəkilişə gedirəm. Axşamdan paylaşıram ki, filan mağazada olacam əzizlərim, buyurub gələ bilərsiz və onlar gəlirlər. Elə olur ki, öz büdcəmdən onlara hədiyyələr alıb verirəm. İnanın ki, maşınla gedəndə işıqforda dayanıram. Digər avtomobil saxlayır, pəncərəni aşağı salıb, mənim mahnıma yüksək səs verib özünü göstərir. Mən çevrilib, ən azından təşəkkür edirəm. Tıxacda balaca uşaqlar məni görəndə telefonu çıxarıb çəkirlər, mən onlara öpücük göndərirəm”.
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...