Qəzaya uğrayan təyyarədə diqqətçəkən danışıq: “Müdaxilə edə bilmirik, parçalanıb” - VİDEO

Qəzaya uğrayan təyyarədə diqqətçəkən danışıq: “Müdaxilə edə bilmirik, parçalanıb” - VİDEO
İzmirdən İstanbula gələrkən "Sabiha Kögçen” ava limanında eniş zolağında çıxan və parçalara ayrılan təyyarənin pilotu ilə aeroport nəzarət qülləsinin əməkdaşı arasındakı səs yazısı yayımlanıb.  
"Hürriyət” xəbər verir ki, qəza baş verməmişdən öncə qüllə işçisi pilota güclü küləyin olması barəsində xəbərdarlıq edib.  

Bildirilib ki, eniş zolağı ilə havadakı küləyin arasında fərq var və ehtiyatlı olmaq lazımdır.  

Bundan əlavə təyyarə qəzaya düşdüyü anda qüllə əmkdaşı təhlükəsizlik əməkdaşlarına təyyarəni görə bilmədiyini, amma sürətlə aşağı düşdüyünü bildirir.  

Təhlükəsizlik əməkdaşları isə hazırda hadisəyə müdaxilə edə bilmədiklərini, hansısa partlama və yanğın olmadığı, amma hava gəmisinin parçalandığını bildirirlər.  
 
oxu.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...