Türkiyədə daha bir aktyor həbs edildi

Türkiyədə daha bir aktyor həbs edildi

Türkiyənin məşhur aktyoru Gökçe Özyol həbs olunub. 

Bu barədə "GazetaVatan” xəbər yayıb.

Məlumata görə, əvvəlcə aktyor barəsində içkili vəziyyətdə avtomobili idarə etməyə görə, 25 gün müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Sonra isə onun cəzası 500 lira cərimə ilə əvəzlənib. Ancaq məhkəmə zamanı onun keçmiş həyat yoldaşı Gökçe Aytaç Özyolu döyməsi ilə bağlı təxirə salınmış cəzası olduğu müəyyən edilib. O, 1,7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Sözügedən hadisə 2013-cü ildə baş verib. Həmin vaxt aktyor 1,7 il həbs cəzasına məhkum edilsə də, ilk dəfə məhkəməyə çıxarılması nəzərə alınaraq hökmlə onun 5 il nəzarət altında saxlanılmasına qərar verilmişdi.

Xatırladaq ki, dünən Türkiyənin başqa bir məşhur aktyoru Adnan Koça da hökm oxunub. Narkotik əməliyyatı çərçivəçində həyata keçirilən həbs zamanı altı polisi yaralamaqda təqsirli bilinən aktyor 16,8 il müddətinə azadlıqdan məhrum edilib. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...