Elməddin Cəfərov xəstəxanaya yerləşdirildi

Maqazin
20:15 / 05.02.2020
2513
Tanınmış aktyor Elməddin Cəfərovun səhhətində problemlər yaranıb.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ATV-də "7 canlı" axşam şousunda süjet yayımlanıb.
Videomaterialda bildirilir ki, aktyorun qəfildən özünü pis hiss etdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib
Canlı efirə telefon zəngi edən E.Cəfərov səhhəti haqqında açıqlama verib:
"Üz sinirim iltihablaşıb. Nəticədə qulağım və üzüm çox pis şəkildə şişib. Ağrılarım var. Həkimə müraciət etmişəm. Ümid edirəm ki, yaxın bir həftə ərzində sağalıb, işimin başına qayıdacağam".