İkinci hücum: Şuşa rayonunun sabiq rəhbərinin oğlu 22 il əvvəl də nişanlısını bıçaqlamışdı - VİDEO

İkinci hücum: Şuşa rayonunun sabiq rəhbərinin oğlu 22 il əvvəl də nişanlısını bıçaqlamışdı - VİDEO
 Məişət zorakılığı Azərbaycanda gündən-günə geniş miqyas almağa başlayıb və artıq çoxdandır ki, cəmiyyət üçün təhlükəyə çevrilib. Mütəxəssislər məişət zorakılığını gizli cinayət adlandırırlar, çünki təkcə qadınlar deyil, kişilər də ailədə zorakılıq faktlarını gizlətməyə çalışırlar.

Məişət zorakılığının ancaq əyyaşların və sabiq məhkumların yaşadığı yoxsul ailələrin taleyi olduğu barədə fikir də yanlışdır. Maddi baxımdan zəngin olan ailələrdə də, hansı ki, üzvləri ali təhsillidir və yüksək sosial statusa malikdirlər, belə hadisələr yaşanır.

Ötən gün Bakının Yasamal rayonunda bu iddianı təsdiqləyən cinayət törədilib. Şuşa Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Bəhmənovun oğlu keçmiş həyat yoldaşını öldürməyə cəhd edib. Cinayətin qurbanı 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənova olub.

1981-ci il təvəllüdlü Ceyhun Bəhmənov fevralın 1-də günorta Hüseyn Cavid parkının yaxınlığında 15 yaşlı qızı ilə gəzən D.Bəhmənovaya bıçaqla hücum edib. Onun bədəninə, üzünə və boğazına ümumilikdə 16 bıçaq zərbəsi vurub.


O, cinayət yerindən gizlənməyə çalışsa da, ərazini mühafizə edən polis həmin şəxsi saxlayıb. Qadın xəstəxanaya aparılıb.

Sfera.az xəbər verir ki, oxu.az-ın müxbiri zərərçəkənin ABŞ-da yaşayan bacısı Zumrud Forbus ilə əlaqə saxlayıb.

Qadın bu ailənin həyatından bəzi təfərrüatı açıqlayıb.

Məlum olub ki, bu, C.Bəhmənovun Dilarəyə ikinci hücumudur. 1998-ci ildə hələ nişanlı olan vaxt Ceyhun ona 11 bıçaq zərbəsi vurub, lakin cinayət faktı Bəhmənovun atasının geniş əlaqələri sayəsində gizlədilib.

Buna baxmayaraq, 1999-cu ildə Dilarə Ceyhunla evlənib.

Bacısının sözlərinə görə, D.Bəhmənova sözün həqiqi mənasında ev dustaqlığında olub, əri onu heç yerə buraxmayıb, mütəmadi döyüb və namaz qılmağa məcbur edib.

Bu evlilikdə onların üç övladı olub. Böyük oğlunun 19, qızının 15, üçüncü oğlunun isə yeddi yaşı var. 20 illik evlilikdən sonra cütlük boşansa da, kişi bununla barışa bilməyib.

Son cinayət isə 15 yaşlı qızının gözü qarşısında törədilib. Bu əməldən sonra kişi qızına tərəf çevrilərək "Mənimlə gəl, anan artıq öldü”, - deyib.

Saxlanılan şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3-cü maddələri ilə (xüsusi amansızlıqla, o cümlədən, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) cinayət işi açılıb.

Z.Forbusun sözlərinə görə, hazırda D.Bəhmənovanın vəziyyəti kritikdir.

Qeyd edək ki, saxlanılan şəxsin atası Nizami Bəhmənov 2008-ci ildə vəfat edib.

 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...