Neymardan ad günü fırıldağı

Neymardan ad günü fırıldağı

Braziliyalı futbolçu Neymar ötən həftə "Montpellier”lə oyun zamanı qabırğasından zədələnib. Bu səbəbdən o, dünən "Nant” - PSJ qarşılaşmasında meydana çıxmayıb. Bununla belə, onun istirahət etməli olduğu halda, gecə klublarının birində 28 yaşını təntənəli şəkildə qeyd etməsi fransız heyətdə narahatlıq yaradıb.

Bu barədə "HaberGlobal” xəbər yayıb.

Baş məşqçi Tomas Tuçel verdiyi açıqlamada heyət seçiminin Neymarın ad günü qonaqlığı ilə heç bir əlaqəsinin olmadığını deyib və son hadisələrin insanlara pis düşünmək fürsəti yaratmasından narahatlığını dilə gətirib.

Bununla belə, keçmişə nəzər saldıqda artıq üçüncü ildir ki, Neymarın zədələnmələrinin onun ad günü ilə üst-üstə düşdüyünü görmək olur.

İndi bütün diqqətlər Neymarın bacısı Rafaellanın martın 11-də keçiriləcək ad gününə yönəlib. Çünki Neymar son beş ildə zədə və ya cəza səbəbindən bacısının ad günü həftəsində heç vaxt meydanda olmayıb. PSJ-nin bu tarixdə Çempionlar Liqasının 1/16 mərhələsində "Borusiya Dortmund”la revanş oyunu var.

Bacısının ad günü tarixində Neymar:

2014/2015 sezonu: cəzalı

2015/2016 sezonu: cəzalı

2016/2017 sezonu: zədəli

2017/2018 sezonu: zədəli

2018/2019 sezonu: zədəli

Öz ad günündə (5 fevralda) Neymar:

2017/2018 sezonu: zədəli

2018/2019 sezonu: zədəli



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...