Sərnişin avtobusunda piton təlaşı: Qutudan çıxıb itən ilan qorxu yaratdı - VİDEO

Sərnişin avtobusunda piton təlaşı: Qutudan çıxıb itən ilan qorxu yaratdı - VİDEO

Türkiyənin İstanbul şəhərindən Düzcə vilayətinə gedən sərnişin avtobusunda pitonla bağlı təlaş yaşanıb.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, sərnişinlərdən biri evində bəslədiyi pitonu xüsusi qutunun içində avtobusun yük yerinə qoyub. Ancaq ilan buradan çıxıb. Avtovağzalda düşdükdən sonra qutunu əlinə alan sərnişin bir müddət sonra ilanın olmadığının fərqinə varıb. Dərhal geri dönüb və sürücüyə xəbərdarlıq edib.

Avtobus sürücüsünün köməkçisi Melih Güvenc baş verənləri belə xatırlayır:

"Hamı düşdükdən sonra nəqliyyat vasitəsini yumağa apararkən sərnişinlərdən biri gəlib əlindəki qutuda heyvanının olmadığını bildirdi. Sərnişin itkisi barədə xəbər verdikdə, söhbətin pişik, yaxud it kimi ev heyvanından getdiyini düşündük. Lakin axtarılan canlının ilan olduğunu öyrənəndə qorxuya düşdük”.

Avtobusda axtarış aparıldıqdan sonra ilan ehtiyat təkər bölməsində tapılıb və sahibinə təslim edilib.

"Piton ilanının zəhərli ola biləcəyindən qorxduq. Sərnişin onun evdə bəslənildiyini bildirsə də, yenə də avtobusdan çıxardıqdan sonra arxayınlaşdıq. Yataq bölgələrinə getsəydi, bizim üçün problem yaranardı… Belə bir təhlükədən xilas olduq”, - deyə sürücünün köməkçisi bildirib. (oxu.az)



 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...