Koronavirus qadının həyatını xilas etdi - FOTO

Koronavirus qadının həyatını xilas etdi - FOTO

Çində bir qadın koronavirusa yoluxduğunu deməklə evinə zorla girən kişinin təcavüzündən qurtulub.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, hadisə Uhan şəhərindən üç saatlıq məsafədə yerləşən Jinqşanda baş verib. Evdə tək qalan Yinin yataq otağına girən 25 yaşlı Xiao qıza təcavüz etmək istəyib.

Qadın həmin vaxt "Uhandan təzə gəlmişəm, koronavirusa yoluxmuşam. Buna görə evdə təkəm və özümü karantində saxlayıram”, - deyə bildirib.

Bundan qorxan təcavüzkar hadisə yerindən qaçıb.

Yi polisə şikayət etsə də, ərazidə hər kəsin virusdan qorunmaq üçün maska taxmasına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları kişini tapmaqda çətinlik çəkiblər.

Həmin şəxs sonra atası ilə birlikdə polisə gedərək təqsirini etiraf edib. O, qarət və təcavüzə cəhddə təqsirli bilinib. (oxu.az)

 

 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...