Məşhur Fransa klubunun daha bir yetirməsi “Qəbələ”də

Məşhur Fransa klubunun daha bir yetirməsi “Qəbələ”də

"Qəbələ” heyətinə daha bir futbolçu qatıb. 

Sfera.az xəbər verir ki, qış "transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyev və Abdelrafik Jerarla anlaşan "qırmızı-qaralar” Nikola Rayselin keçidini rəsmiləşdirib.

27 yaşlı sağ cinah hücumçusu ilə 1,5 illik müqavilə imzalanıb.

Fransada doğulan, Sloveniya vətəndaşlığı olan vinger məşhur PSJ klubunun yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış etmiş Raysel ardınca Sloveniyada "Çelye” (2013-2015), Belçikada "Yunion” (2015-2017) klublarının formasını geyinib.

2017-ci ildə Belçikanın digər təmsilçisi "Oostende”yə keçən Nikola 2018/2019 mövsümünü "Ruselare”də icarə əsasında keçirib. O, cari mövsümün ilk yarısında Belçikanın I divizion klubu "Oostende” formasını geyinib və cəmi iki matça çıxıb. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan Raysel bu ölkənin 21 yaşadək millisində bir matç keçirib və bir qol vurub.

Qeyd edək ki, "Qəbələ”nin daha əvvəl heyətinə qatdığı Abdelrafik Jerar da Fransanın məşhur PSJ klubunun yetirməsi idi. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...