Bayram Kürdəxanlının ölümündən əvvəl baş verən qəribə olay - VİDEO

11:23 / 02.02.2020
4454
ARB TV-nin "Üçəlli” verilişində "Gizlənpaç” filmi ilə bağlı maraqlı sujet yayımlanıb.
Filmlə bağlı qeyri adi və tükürpədən hekayəni aktyor Müşviq Şahverdiyev danışıb:
Filmlə bağlı qeyri adi və tükürpədən hekayəni aktyor Müşviq Şahverdiyev danışıb:
"Çəkiliş günü içi mən qarışıq hamı kəfən geyinməli idi. Bayram Kürdəxanlı dedi ki, yox mən getdim.
Dedik xahiş edirik, iş yarıda qalır axı. Dedi ki, yox qardaşım, kəfənin düşəri-düşməzi olar, geyinə bilmərəm.
Dedim mən də onu geyinəcəm, pessimist düşünmə. Dedi ki, nə geyimdə gəlmişəmsə, o geyimdə çəkilim, alınmırsa, mən gedim. Biz də məcbur razılaşdıq. Bayramı çəkdik. Təəssüf olsun ki, o filmdən sonra Bayram Kürdəxanlı rəhmətə getdi. Çox dəhşətli bir şeydir”.