ŞABRANDA MÖHTƏŞƏM SEÇKİ GÖRÜŞLƏRİ – Adil Əliyev gənclərə çağırış etdi - FOTOLAR

ŞABRANDA MÖHTƏŞƏM SEÇKİ GÖRÜŞLƏRİ – Adil Əliyev gənclərə çağırış etdi - FOTOLAR
Yeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi, eyni zamanda hakim partiyanın ən yaxşı təbliğat-təşviqat kampaniyası aparan namizədlərindən biri olan Sadiq Qurbanov yanvarın son günündə bir neçə möhtəşəm görüş keçirib.

Namizədin seçki qərargahından "AzPolitika.info"-ya verilən məlumata görə, ilk görüş Şabran Şəhərinin mədəniyyət sarayında rayon gəncləri və idmançıları ilə olub. Bu görüşdə S.Qurbanova dəstək üçün müstəqil millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev də iştirak və çıxış edib. O və digər çıxışçılar - Telman Bayramov, Zeynal Zeynalov, Müşviq Cəfərov və Avropa çempionu Məmməd Salamov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmançılara göstərdikləri qayğıdan razılıqlarını qeyd edib, 9 fevral seçkilərində bütün gəncləri və idmançıları YAP-ın namizədinə səs verməyə çağırıblar.



"Dostlar, təbliğat-təşviqat dövründə, iş qrafikimizin zəngin olmasına baxmayaraq, dostlarımızla bərabər bir neçə rayonda olduq. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədlikləri irəli sürülmüş iki dəyərli dostumun - Şabran-Siyəzən darəsindən Sadiq Qurbanov və Xaçmaz dairəsindən Eldəniz Səlimovun seçki kampaniyasında iştirak edib, onlara uğurlar arzu etdim. Hər iki dostumun seçiciləri tərəfindən necə sevildiyinin şahidi oldum.

Allah yolunuzu açıq etsin, əziz dostlarım”, - Adil Əliyev daha sonra "Feysbuk” səhifəsindən yazıb.

Şabran şəhərinin mədəniyyət sarayında daha bir görüş isə rayonun mədəniyyət sahəsində çalışan fəallarla olub.

S.Qurbanov həmin gün daha sonra Şabran rayonunun Qələgah və Ləcədi kəndlərinin sakinləri görüşüb. "Çox pozitiv düşüncəli bu insanlarla xeyli söhbət etdik. Onlar da dövlətimizdən çox razı qaldıqlarını bildirərək, az da olsa problemlərinin olduğunu da nəzərimizə çatdırdılar”, - namizəd bildirib.
 


OXŞAR XƏBƏRLƏR