Məşhur müğənni dövlət tədbirində mələkləri nalayiq ifadələrlə söydü, cəzalandırıldı - Video

İfaçı "burada olmayan mələklər mənim… yesin”, - deyə qışqırıb. Sözügedən video qısa müddət ərzində sosial şəbəkələrdə yayılmağa başlayıb. Bundan sonra Kocaeli bələdiyyəsi açıqlama yayaraq İ. Dericini qınadığını qeyd edib. Onlar həmçinin bildiriblər ki, bundan sonra bələdiyyələrinin təşkil edəcəyi hansısa dövlət tədbirində ona yer verilməyəcək:
"İrem xanımın konsert vaxtı söylədiyi fikirlər cəmiyyət və bələdiyyəmiz tərəfindən qınanılıb. Bundan sonra təşkil olunan hansısa konsertdə ona yer verməyəcəyik”.
Hadisələrdən sonra İrem Derici video çəkərək açıqlama verib. O, 8 ildir səhnədə olduğunu. Amma bəzən istəməsə də, qeyri-etik ifadələr işlətdiyini və bunu dəyişə bilmədiyini deyib. İfaçı olanlara görə üzr istəyib:
"Mənim vokalistimin adı Mələkdir. O bizimlə konsertə gələ bilmədi, Buna görə, həmin ifadəyə yer verdim. Üzülən, qəlbi qırılanlar olubsa, üzr istəyirəm. Üzr istəmək böyüklükdür”. (yeni sabah)