Huawei Brand Finance tərəfindən dünyanın ən bahalı brendləri reytinqinin ilk onluğuna daxil edilib
Huawei fəaliyyət tarixində ilk dəfə bu siyahının ilk onluğuna daxil olub
Huawei baş ofisi Birləşmiş Krallıqda yerləşən, brend dəyərləndirməsi və strategiya konsaltinqi üzrə aparıcı şirkət olan Brand Finance-in ilk dəfə Huawei-yi dünyanın ən bahalı brendləri reytinqinin ilk onluğuna daxil etdiyini elan edib. Yeni dərc edilmiş Brand Finance Global 500 2020 hesabatında Huawei keçən ilki göstərici ilə müqayisədə 4.5 faiz yüksəliş nəticəsində 65.084 milyard ABŞ dolları məbləğində brend dəyəri ilə siyahıdakı üçüncü Çin şirkəti olaraq göstərilmişdir.
Brand Finance hesabatında qeyd edilir: "Telekommunikasiya sənayesi üçün bariz şəkildə növbəti böyük imkan olan 5G sahəsi Huawei-in ənənəvi olaraq Qərb təchizatçıları ilə əhatə olunan bazarlara doğru genişlənməsi ilə güclü rəqabətə imkan yaradır. Artan mübahisələrə baxmayaraq, Çinin bu böyük şirkəti ciddi irəliləyiş göstərir, və 65.1 milyard ABŞ dolları məbləğində brend dəyəri ilə hazırda ilk dəfə olaraq dünyanın ən bahalı 10 brendi arasında yer alır.
205 şirkətin ilk 500-ün 45.4 faizini təşkil etməsilə ABŞ ümumilikdə 320.4 milyard ABŞ dolları məbləğində brend dəyəri ilə ən çox təmsil edilən iqtisadiyyat olmuşdur. Çin 18.9 faizə bərabər 70 şirkət və ümumilikdə 133.4 milyard ABŞ dolları məbləğində brend dəyəri ilə ABŞ-ı yaxından izləyir.
Texnologiya sektoru ən dəyərli sektor kimi ən çox diqqət çəkən sahə olmağa davam edir. Dünyanın ən bahalı 500 brendindən 46-nı və ya 14%-ni texnologiya sektoru təşkil edir. Onlar birlikdə ümumi olaraq 986 milyard ABŞ dolları məbləğində brend dəyərinə malikdir. Huawei ən bahalı brendlər onluğunda Çinin yeganə texnologiya brendidir.
Huawei-in brend dəyərinin yüksəlməsi məhsul rəqabətliliyinin və istehlakçı təcrübəsinin davamlı olaraq artırılması üçün yeniliklər edilməsi ilə əlaqələndirilə bilər.
Huawei 2019-cu ildə 240 milyon smartfon satışı həyata keçirərək dünyanın ikinci ən böyük smartfon istehsalçısı kimi mövqeyini qoruyacağını təxmin etmişdi. Şirkət 44 milyondan çox HUAWEI Mate Seriyası and HUAWEI P Seriyası flaqman cihazı satışı həyata keçirmiş, və keçən ilki göstərici ilə müqayisədə 50 faiz artım göstərmişdir. Texnoloji nailiyyətlərinə görə kritik və populyar rəylər alan Huawei-in 5G smartfonları 2019-cu ilin dekabr ayından etibarən 6.9 milyon ədad satılmışdır.
Keçən il Huawei HiLink ekosistemində tabletlər, PC-lər, taxıla bilən və loT cihazları daxil olmaqla birdən çox kateqoriyanı əhatə edən, müəyyən dərəcədə təkmilləşdirilmiş çoxsaylı yeni məhsul təqdim edərək bütün variantlar üzrə təcrübəsini artırdı.
Gələcəkdə də Huawei-in bütün variantlar üzrə təcrübənin artırılması strategiyasına sadiq qalacağı düşünülür. Huawei Consumer Business Group-un baş icraçı direktoru Richard Yu qeyd etmişdir: "Bütün variantlar üzrə təcrübənin artırılması strategiyası növbəti 5-10 il ərzində Huawei-in əsas istinad nöqtəsi olaraq qalacaq. Tabletlər, PC-lər, VR cihazları, taxıla bilən cihazlar, "ağıllı" ekranlar, "ağıllı" səsucaldıcı cihazlar, maşınlar və loT cihazlarının həqiqətən də qüsursuz istifadəçi təcrübəsi təmin etmək üçün smartfonlara qoşulu olduğu vahid ekosistem yaratmaqda qərarlıyıq." (milli.az)