Roza Zərgərli: “İvana Sert layihəmdə pulsuz iştirak edəcək” - VİDEO

Roza Zərgərli: “İvana Sert layihəmdə pulsuz iştirak edəcək” - VİDEO

 "Mayın 10-dan etibarən yerli kanallarımızın birində 18 günlük realiti-şou başlayacaq. Doğma kanallarımızın birində yayımlanacaq bu layihəmizin formatı çox fərqlidir. Yəni, "dəb və gözəllik” yarışmasıdır”. 

Sfera.az bu sözləri oxu.az-a açıqlamasında müğənni Roza Zərgərli deyib. Tezliklə yayıma başlayacaq yeni layihəsinin anonsunu verən sənətçi realiti-şou ilə bağlı gizlin məqamları gün üzünə çıxardı:

"Şounun kastinqlərini artıq açıq elan edirik. Boyu 1,75 sm-dən çox olan, estetik və plastik əməliyyat keçirməyən gözəl xanımlar və yaraşıqlı bəylər kastinqlərimizdə iştirak edə bilərlər. Daha ətraflı məlumatı isə sosial media hesabımdan öyrənə bilərlər.

 

Layihədə qalib gələcək üç iştirakçını möhtəşəm hədiyyələr gözləyir. Belə ki, şounun qalibinə Türkiyədə keçiriləcək "Best Model”də iştirak etmək üçün vəsiqə veriləcək. İkinci yerin sahibi ilə moda kanallarının biri arasında müqavilə imzalanacaq. Üçüncü yerin sahibi ilə italyan brendi arasında bir illik müqavilə imzanalacaq. Sırf model yetişdirəcək bir layihə olacaq. Realiti-şounun isə adı "Style”dir. İdeya təbii ki, mənə məxsusdur.

Münsiflər kürsüsündə mən, İvana Sərt, model Rüstəm Cəbrayıllı olacaq. Dördüncü münsifin adını hələ ki açıqlamaq istəmirəm. Tezliklə bu barədə özüm məlumat verəcəyəm. Hələ tezdir”.

"Türkiyənin məşhur ulduzu, dizayner İvana Sert realiti-şouda münsif kürsüsündə oturacağına görə nə qədər qonorar alacaq?” sualına Roza "Desəm inanmayacaqsınız... Heç nə qədər. Pulsuz!” deyərək bu məsələnin üzərindən ehmalca keçdi”.

Oxu.Az-a açıqlamasında isə İvana Sert tezliklə işıq üzü görəcək layihə ilə bağlı bunları dedi:

"Bir bomba layihə gəlir. Azərbaycan hazırsınızmı, bilmirəm, amma biz yavaş-yavaş hazırlaşırıq. May ayında televiziya layihəsi ilə tamaşaçıların önünə çıxacağıq. Ən yaraşıqlı xanım və bəyi seçəcəyik. Şouda qalib gələcək üç şanslı iştirakçı həm Türkiyədə, həm də Azərbaycanda çox möhtəşəm layihələrdə yer alacaq. Böyük zövqlə bizim yeni proqramımızı izləyəcəksiniz”.

Daha sonra İvana Roza ilə dost olduğunu dilə gətirdi:

"Roza ilə çox gözəl dostluq münasibəti qurduq. Onu bir insan kimi çox sevdim. Rozanın həm özünü, həm də işlərini uğurlu görürəm”.


 


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...